Mahaçqalada iğtişaşların təşkilində şübhəli bilinən şəxs axtarışa verilib

Mahaçqalada iğtişaşların təşkilində şübhəli bilinən şəxs axtarışa verilib Rusiya Daxili İşlər Nazirliyi Mahaçqala hava limanında iğtişaşların təşkilində şübhəli bilinən “Səhər Dağıstan” telegram kanalının inzibatçısı Abakar Abakarov barəsində axtarışa verib.
Region
14 Noyabr , 2023 12:14
Mahaçqalada iğtişaşların təşkilində şübhəli bilinən şəxs axtarışa verilib

Rusiya Daxili İşlər Nazirliyi Mahaçqala hava limanında iğtişaşların təşkilində şübhəli bilinən “Utro Dagestan” telegram kanalının inzibatçısı Abakar Abakarov barəsində axtarış elan edib.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Rusiya DİN-nin məlumat bazasında axtarışın motivi göstərilmədən bildirilib ki, Abakarov Abakar Abakaroviç Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.

TASS-ın araşdırmasına əsasən, o, hava limanında iğtişaşları əlaqələndirildiyi telegram kanalının iddia edilən administratorudur.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında Mahaçqala hava limanında kütləvi iğtişaş baş verib. İsrailin Təl-Əviv şəhərindən gələn təyyarənin Mahaçqala hava limanında enişindən sonra bir qrup şəxs uçuş zolağına çıxıb. Onlar ölkəyə gələn yəhudilərin çıxarılmasını tələb ediblər.

İğtişaşlar zamanı polislər də daxil olmaqla 20 nəfər xəsarət alıb. İctimai qaydaları pozduqlarına görə polis tərəfindən 201 nəfər saxlanılıb, onlardan 155-i barədə administrativ tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi