Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın Sovetsk rayonunda çoxmənzilli evdə baş verən partlayış nəticəsində ikisi uşaq olmaqla 4 nəfər yaralanıb.
“Report” TASSa istinadən xəbər verir ki, bu barədə yerli bələdiyyə administrasiyasından bildirilib.
İlkin məlumata görə, hadisə məişət qazının partlaması nəticəsində qeydə alınıb.
Hadisənin səbəbi və şəraiti araşdırılır.