Bakı. 23 avqust. REPORT.AZ/ Dağıstanın paytaxtı Mahaçkala şəhərində antiterror əməliyyatı rejimi tətbiq edilib.
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, xüsusi xidmət orqanlarına Mahaçkalanın rayonlarının birində yaraqlıların yerləşdiyi barədə məlumat daxil olub.
Federal Təhlükəsizlik Xidmətinin qoşunları ilə DİN-nin hərbçilərinin iştirakı ilə başlayan əməliyyat davam edir.