Venesuela prezidenti Nikolas Maduro argentinalı həmkarı Xavyer Mileyin ölkənin BRİKS-ə qoşulmasından imtina etmək qərarını tənqid edib.
“Report” xəbər verir ki, bu barədə Maduro “Le Monde diplomatique” qəzetinə ənənəvi müsahibə bildirib.
“Argentinanı BRİKS-dən kənarlaşdırmaqla Xavyer Miley argentinalılara qarşı hərəkət edir. Bu, onun Argentinaya qarşı etdiyi ən yöndəmsiz və axmaq şeylərdən biridir”-deyə, o bildirib.
O əlavə edib ki, belə bir qərar Argentinanı 19-cu əsrə qaytaracaq.
Bundan əvvəl Nikolas Maduro artıq Argentinanın seçilmiş prezidenti Xavyer Mileyin neoliberal siyasi proqramını və planlarını sərt şəkildə tənqid etmişdi.