Macarıstan və Çexiya Polşaya hərbi tağım göndərir

Macarıstan və Çexiya Polşaya hərbi tağım göndərir Macarıstan və Çexiya Polşa ilə Belarus arasındakı sərhədə öz hərbçilərini göndərməyi planlaşdırır.
Region
3 Dekabr , 2021 17:05
Macarıstan və Çexiya Polşaya hərbi tağım göndərir

Macarıstan və Çexiya Polşa ilə Belarus arasındakı sərhədə öz hərbçilərini göndərməyi planlaşdırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak dekabrın 3-də jurnalistlərə açıqlamasında bildirib.

“Hazırda Polşa hərbçilərinin dəstəklənməsi ilə bağlı Çexiya və Macarıstanın hərbi səlahiyyətliləri ilə danışıqlar aparılır”, - nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Belarusla sərhədi qorumağa yardım üçün Polşaya Böyük Britaniya və Estoniyadan hərbi tağımların gəldiyinə dair məlumat yayılmışdı.

Son xəbərlər

Orphus sistemi