Lukaşenko Ukraynada “xüsusi əməliyyat”da iştirak edən DTK əməkdaşlarını təltif edib

Lukaşenko Ukraynada “xüsusi əməliyyat”da iştirak edən DTK əməkdaşlarını təltif edib Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada “xüsusi əməliyyat”da iştirak edən Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşlarını dövlət mükafatları ilə təltif edib
Region
31 May , 2022 17:40
Lukaşenko Ukraynada “xüsusi əməliyyat”da iştirak edən DTK əməkdaşlarını təltif edib
Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) Ukraynada “xüsusi əməliyyat”da iştirak edən əməkdaşlarını dövlət mükafatları ilə təltif edib.

“Report” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Prezidentin iş qrafikində “tam məxfi” başlığı altında daha bir tədbir. Bu gün Prezident Ukrayna ərazisində keçirilən xüsusi əməliyyatda iştirak edən Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarını mükafatlandırıb”, - Prezident Administrasiyasına bağlı “Pul Pervogo” teleqram kanalında bildirilib.

Xatırladaq ki, A.Lukaşenko bir müddət əvvəl hüquq-mühafizə orqanlarının respublika vətəndaşlarının azad edilməsi üçün Ukraynada xüsusi əməliyyat keçirdiyini açıqlamışdı.

Belarus Silahlı Qüvvələri Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündə birbaşa iştirak etməsə də, Moskva Belarus ərazisindən plasdarm kimi istifadə edir.

Qeyd edək ki, rəsmi Moskva və Minsk Ukraynadakı müharibəni “Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı” adlandırır. Bu termin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Rusiya vətəndaşlarına və ölkənin Silahlı Qüvvələrinin hərbi qulluqçularına Rusiyanın Ukraynaya təcavüzünün anonsu olan müraciətinə əsaslanır. Müraciətdə əsas məqsəd ictimai rəy hazırlamaq, Rusiya rəhbərliyinin qəbul etdiyi qərarın səbəb və motivlərini izah etmək olub. İşğalın əsaslandırmalarından biri kimi V.Putin Ukraynanın neonasist soyqırımı dövləti kimi təhrif edilməsindən istifadə edib.

Son xəbərlər

Orphus sistemi