Liza Yasko: “Saakaşvili 12 kiloqramdan artıq çəki itirib”

Liza Yasko: “Saakaşvili 12 kiloqramdan artıq çəki itirib” “Mixeil Saakaşvilinin keçirdiyi aclıq aksiyasının artıq ikinci həftəsidir və o, 12 kiloqramdan çox çəki itirib”.
Region
8 Oktyabr , 2021 18:17
Liza Yasko: “Saakaşvili 12 kiloqramdan artıq çəki itirib”
Yelizaveta Yasko və Mixeil Saakaşvili
0 : 00
0 : 00

“Mixeil Saakaşvilinin keçirdiyi aclıq aksiyasının artıq ikinci həftəsidir və o, 12 kiloqramdan çox çəki itirib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidentinin həyat yoldaşı, ukraynalı deputat Yelizaveta Yasko jurnalistlərə deyib.

Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsində M.Saakaşviliyə baş çəkən Y.Yaskonun sözlərinə görə, həyat yoldaşı mübariz ruhda olsa da, sağlamlığına ciddi ziyan dəyib.

O, beynəlxalq ictimaiyyətin həyat yoldaşı ətrafında yaranmış vəziyyəti izlədiyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi