Moskvada Liviya münaqişəsinə dair danışıqlar davam edir - YENİLƏNİB

Moskvada Liviya münaqişəsinə dair danışıqlar davam edir - YENİLƏNİB Moskvada Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sərac və Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Həftar arasında keçirilən görüş 6 saata yaxındır davam edir.
Region
13 Yanvar , 2020 18:06
Moskvada Liviya münaqişəsinə dair danışıqlar davam edir - YENİLƏNİB

Moskvada Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sərac və Liviya Milli Ordusunun rəhbəri, marşal Xəlifə Həftar arasında keçirilən görüş 6 saata yaxındır davam edir.

"Report"un Rusiya bürosunun məlumatına görə, görüş Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutub.  

Görüşün sonunda Liviyada atəşkəsin elan olunması ilə bağlı tərəflər arasında razılaşma imzalanması gözlənilir.

Eyni zamanda Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirlərinin birgə mətbuat konfransı baş tutacaq.

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri yanvarın 12-si saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.


*** 14:09

Rusiyanın Xarici İşlər Nazirliyində (XİN) Liviya münaqişəsinə dair çoxtərəfli danışıqlara başlanılıb.

“Report” xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu barədə “Facebook”dakı səhifəsində yazıb.

O bildirib ki, Rusiya ilə Türkiyə prezidentləri arasında İstanbulda əldə edilmiş razılaşmalara əsasən, bu gün XİN-in Qəbul Evində Liviya münaqişəsinin həll olunması ilə bağlı xarici işlər və müdafiə nazirləri səviyyəsində Rusiya - Türkiyə görüşü başlayıb”.

M.Zaxarova görüşə münaqişə tərəflərinin nümayəndələrinin də qoşulacağını deyib.

Son xəbərlər

Orphus sistemi