Livan "Hizbullah"çıları Moskvada səfərdədir

Livan "Hizbullah"çıları Moskvada səfərdədir Onlar Rusiya rəsmiləri ilə bir sıra görüş keçirəcək, Suriya və Livandakı böhrandan çıxış yollarını müzakirə edəcəklər
Region
15 Mart , 2021 13:30
Livan Hizbullahçıları Moskvada səfərdədir

Livanın “Hizbullah” hərəkatını təmsil edən nümayəndə heyəti Rusiya hökumətinin dəvəti ilə Moskvada səfərdədir.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Nümayəndə heyətinə hərəkatın Livan parlamentindəki fraksiyasının sədri Məhəmməd Raad başçılıq edir.

“Hizbullah”çılar Rusiya rəsmiləri ilə bir sıra görüş keçirəcək, Suriya və Livandakı böhrandan çıxış yollarını müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi