Litvanın Qazaxıstandakı baş konsulu viza maxinasiyasında şübhəli bilinir

Litvanın Qazaxıstandakı baş konsulu viza maxinasiyasında şübhəli bilinir 51 yaşlı diplomat 1991-ci ildən Litvanın Xarici İşlər Nazirliyində işləyir
Region
3 İyun , 2017 17:49
Litvanın Qazaxıstandakı baş konsulu viza maxinasiyasında şübhəli bilinir

Bakı. 3 iyun. REPORT.AZ/ Litvanın Almatıdakı (Qazaxıstan) baş konsulu Ryaqimantas Yablonskas viza vermək məsələsində şəffaflığı təmin etməməkdə, maxinasiyaya yol verməkdə şübhəli bilindiyi üçün geri çağırılıb.

“Report” rus mətbuatına istinadən xəbər verir ki, bu qənaətə Litvanın Xarici İşlər Nazirliyi (XİN) gəlib. 

Məlumata görə, XİN-in konsulla bağlı hazırladığı sənəd araşdırma üçün Litvanın Dövlət Təhlükəsizlik İdarəsinə təqdim edilib. İdarə onun bundan sonra nazirlikdə qalıb-qalmayacağına qərar verəcək. 

51 yaşlı diplomatın 1991-ci ildən XİN-də işlədiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi