Litvada Rusiya kanalının yayımı dayandırılıb

Litvada Rusiya kanalının yayımı dayandırılıb "RTR-Planeta" bir il müddətinə efir hüququndan məhrum edilib
Region
14 Fevral , 2018 21:52
Litvada Rusiya kanalının yayımı dayandırılıb

Bakı. 14 fevral. REPORT.AZ/ Litvanın Radio və Televiziya Komissiyası Rusiyanın "RTR-Planeta" telekanalının yayımının dayandırılması barədə qərar qəbul edib.

"Report" "Diena" nəşrinə istinadən xəbər verir ki, telekanal bir il müddətinə efir hüququndan məhrum olub.

Buna kanalda efirə gedən bir sıra verilişlərdə Litvanın nifrət, ədavətin qızışdırılması və müharibənin təbliğatını qadağan edən maddəsini pozan məlumatların səsləndirilməsi olub.

Komissiyanın üç belə qanun pozuntusu qeydə aldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi