Litvada koronavirusdan ölənlərin sayı 50-yə çatır

Litvada koronavirusdan ölənlərin sayı 50-yə çatır Litvada son sutkada koronavirusa (COVID) yoluxanların sayı 5 nəfər artıb.
Region
6 May , 2020 13:16
Litvada koronavirusdan ölənlərin sayı 50-yə çatır

Litvada son sutkada koronavirusa (COVID) yoluxanların sayı 5 nəfər artıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Litva hökumətinin saytı yayıb.

Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların sayı 1 428-ə, qurbanların sayı isə 48-ə çatıb. Sağalanların sayı 718 nəfər olub.

Qeyd edək ki, Litvada karantin rejiminin müddəti mayın 11-dək uzadılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi