Litvada son sutkada koronavirusa yoluxanların sayı 14 nəfər artıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Litva hökumətinin saytı yayıb.
Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların sayı 1 505-ə, qurbanların sayı isə 54-ə çatıb. Sağalanların sayı 908 nəfər olub.
Qeyd edək ki, Litvada karantin rejiminin müddəti mayın 31-dək uzadılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,3 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 293 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.