Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiyanın Leninqrad vilayətinin Tixvinsk rayonunun Ovino kəndindən keçən magisrtal qaz kəmərində partlayış olub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı fövqəladə xidmət yayıb.
Bildirilib ki, hadisə yerinə fövqəladə hallar xidmətinin xilasediciləri cəlb edilib.
Məlumata əsasən, partlayış nəticəsində xəsarət alan olmayıb, əhalini həyatı üçün təhlükə yoxdur.
Tixvinsk rayonu Leninqrad vilayətinin şərqində yerləşir. Rayonun əhalosinin sayı, təxminən, 70 min nəfərdir. Tixvinskdə vaqonquraşdırma zavodu, ağac emal müəssisəsi və aqrar sənaye kompleksi var.