Rusiya xarici işlər nazirinin Yerevana səfər proqramı açıqlanıb

Rusiya xarici işlər nazirinin Yerevana səfər proqramı açıqlanıb Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Yerevana səfər edəcək.
Region
1 Noyabr , 2019 21:03
Rusiya xarici işlər nazirinin Yerevana səfər proqramı açıqlanıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-11-də Yerevana səfər edəcək.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan məlumat verib.

Onun sözlərinə görə, Pentaqonun maliyyə vəsaiti hesabına qurulan biolaboratoriyaya dair ikitərəfli memorandum imzalanacaq. Bu sənədə əsasən, müəssisə rusiyalı mütəxəssislər üçün açıq olacaq: “Lavrov rəsmi səfər edəcək. Səfər çərçivəsində müxtəlif platformada, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqında əməkdaşlığa dair məsələləri müzakirə edəcəyik”.

Z.Mnatsakanyan bildirib ki, Ermənistandakı biolaboratoriya məsələsinə danışıqların yekunundan sonra baxılacaq.

Son xəbərlər

Orphus sistemi