Sergey Lavrov: "Xəzərin statusunun müəyyənləşdirilməsi əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradır"

Sergey Lavrov: "Xəzərin statusunun müəyyənləşdirilməsi əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradır" Bakı. 6 fevral. REPORT.AZ/ Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradır.
Region
6 Fevral , 2019 15:16
Sergey Lavrov: Xəzərin statusunun müəyyənləşdirilməsi əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradır
0 : 00
0 : 00

Bakı. 6 fevral. REPORT.AZ/ Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi əməkdaşlığı daha da inkişaf etdirməyə imkan yaradır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ötən il Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını şərh edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Xəzərin hüquqi statusunun həll olunması Xəzəryanı dövlətlər arasında qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün zəmin yaradır”, - S.Lavrov qeyd edib.

Xatırladaq ki, ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin rəhbərlərinin görüşü zamanı 22 ildir hazırlanan və region üçün tarixi əhəmiyyətə malik olan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya təsdiq olunub.

Son xəbərlər

Orphus sistemi