Lavrov və Şoyqu sabah Türkiyəyə səfər edəcəklər

Lavrov və Şoyqu sabah Türkiyəyə səfər edəcəklər Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu iyunun 14-də regional problemlər üzrə məsləhətləşmələrin keçirilməsi üçün Türkiyəyə səfər edəcəklər.
Region
507
13 İyun , 2020 21:09
Lavrov və Şoyqu sabah Türkiyəyə səfər edəcəklər

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu iyunun 14-də regional problemlər üzrə məsləhətləşmələrin keçirilməsi üçün Türkiyəyə səfər edəcəklər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən əldə olunmuş razılaşmaya uyğun olaraq, Rusiyanın Xarici işlər naziri Lavrov və Müdafiə naziri Şoyqu 14 iyunda Rusiya nümayəndə heyətinin başçıları kimi qarşlıqlı maraqları təmin edən regional problemlərlə bağlı məsləhətləşmələr aparmaq üçün Türkiyəyə gedəcəklər", - nazirlikdə bildiriblər.

İyunun 10-da Rusiya və Türkiyə prezidentləri arasında telefon söhbəti olub. Danışıqlarda Suriyada, Liviyadakı münaqişələrin nizama salınması, həmçinin dünyada epidemiologiya vəziyyətinin yaxşılaşması fonunda ikitərəfli qarşılıqlı əlaqələrin bərpası müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi