Lavrov və Çavuşoğlu Cənubi Qafqazda “3+3” mexanizmini müzakirə ediblər

Lavrov və Çavuşoğlu Cənubi Qafqazda “3+3” mexanizmini müzakirə ediblər Lavrov həmçinin çinli və fransalı həmkarları ilə də müzakirələr aparacaq
Region
30 Oktyabr , 2021 22:40
Lavrov və Çavuşoğlu Cənubi Qafqazda “3+3” mexanizmini müzakirə ediblər

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinin keçirildiyi Romada danışıqlar aparıblar.

"Report" Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, danışıqlarda əsas diqqət Balkanlar və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib.

Nazirlər çoxtərəfli formatlardan istifadə etməklə Bosniya nizamlanmasına kömək etmək üçün birgə addımların atılması imkanlarını müzakirə ediblər.

Görüş zamanı Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və qarşılıqlı faydalı doğuran infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

21:30

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Görüş “Böyük iyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammiti çərçivəsində baş tutur.

17:33

“Böyük iyirmilik” (G20) ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak etmək üçün Romaya gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun görüş planı məlum olub.

“Report” TASS-a istinadən xəbər verir ki, o, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb müzakirələr aparmaq niyyətindədir.

Eyni zamanda, Rusiya nümayəndə heyətinin məlumatına görə, Lavrov Çinin xarici işlər naziri Van İ, eləcə də fransalı həmkarı Jan-İv Le Drian ilə danışıqlar aparacaq. Bundan əlavə, BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Devid Bizli və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ilə görüşləri də gözlənilir.

Nərgiz Oqtay

Son xəbərlər

Orphus sistemi