Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub Tərəflər Soçidə gözlənilən Suriya milli dialoq konqresini müzakirə ediblər
Region
27 yanvar 2018 18:04
Lavrov və Çavuşoğlu arasında telefon danışığı olub

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında şənbə günü telefon söhbəti olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bir qrup jurnalistə Türkiyə XİN-dəki mənbə məlumat verib.

Tərəflər 29-30 yanvar tarixlərində Soçidə keçirilməsi gözlənilən Suriya milli dialoq konqresini müzakirə ediblər. Konqresdə Suriyadakı siyasi qüvvələrin bütün spektrını əhatə edən 1500-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi