Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir” “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.
Region
21 Yanvar , 2022 13:31
Lavrov: “Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”

“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Ölkənin xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi sualları bu gün yazılı formada cavablandıran XİN-dən qeyd olunub ki, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması, ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq qalır.

Vurğulanıb ki, bunların hamısının iki ölkə xalqlarının maraqlarına cavab verdiyini qeyd edib.

XİN-dən bildirilib ki, təmasların bərpası prosesi “ikitərəfli hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər 2008-ci ildən dayandırılıb.

Son xəbərlər

Orphus sistemi