Lavrov: Rusiya ABŞ-la strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır

Lavrov: Rusiya ABŞ-la strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır "Bu prosesə digər dövlətləri də cəlb etmək vacibdir"
Region
23 Mart , 2017 12:22
Lavrov: Rusiya ABŞ-la strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır

Bakı. 23 mart. REPORT.AZ/ Rusiya ABŞ ilə strateji nüvə silahının azaldılması məsələsinə dair dialoq aparmağa hazırdır.

"Report"un RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

"Biz hazırıq. Lakin danışıqları strateji sabitliyə təsir edən bütün faktorları nəzərə alaraq aparmaq lazımdır", - Baş Qərargah Akademiyasında çıxışı zamanı rusiyalı nazir deyib. 

Eyni zamanda Lavrov prosesə digər dövlətləri də cəlb etməyin vacib olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi