Rusiya XİN rəhbəri: “Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib”

Rusiya XİN rəhbəri: “Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib” Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib. Qərb yalnız öz maraqlarından çıxış edir.
Region
18 Yanvar , 2024 13:28
Rusiya XİN rəhbəri: “Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib”

Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib. Qərb yalnız öz maraqlarından çıxış edir.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

“Biz yaxşı bilirik ki, qərbli dostlar Cənubi Qafqazla bağlı yaxşı məsləhətlər verirlər və bu tövsiyələr bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir. Amma Qərbin tövsiyələrinin ölkələr və regionlar arasında onların maraqlarına əsaslanan razılıq əldə etməyə deyil, öz geosiyasi məqsədlərini irəli sürməyə yönəldiyi də hamıya yaxşı məlumdur”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi