Lavrov: "NATO Ukraynanın qərbində qalmaq istəyir"

Lavrov: "NATO Ukraynanın qərbində qalmaq istəyir" “Rusiya Polşanın Ukraynaya NATO sülhməramlıları göndərməsi haqqında ideyasının ölkənin qərb hissəsini nəzarət götürüb, orada qalacağı məqsədi daşıyacağını istisna etmir”
Region
19 Mart , 2022 17:14
Lavrov: NATO Ukraynanın qərbində qalmaq istəyir
Sergey Lavrov

“Rusiya Polşanın Ukraynaya NATO sülhməramlıları göndərməsi haqqında ideyasının ölkənin qərb hissəsini nəzarət götürüb, orada qalacağı məqsədi daşıyacağını istisna etmir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiyanın liderləri” müsabiqəsinin iştirakçıları ilə görüşdə bildirib.

“Moskva bunun demoqogiya olduğuna əmindir. NATO daha real və məntiqli olmağın vacibliyini dərk edir. Polşanın Baş naziri Morevetski NATO-nun Ukraynaya sülhməramlı göndərilməsi təşəbbüsünü irəli sürüb. Onlar bunu yaxın günlərdə müzakirə edəcəklər (martın 22-də keçiriləcək NATO-nun sammitini nəzərdə tutur – “Report”). Bu barədə qərar məqbul edilərsə, onun tərkibinin polşalılardan ibarət olacağını istisna etmirəm. Onlar Lvov şəhəri başda olmaqla Ukraynanın qərbini nəzarətə götürərək uzun müddət orada qalacaqlar. Mənə elə gəlir ki, plan bundan ibarətdir. Hesab edirəm ki, bu demoqogik təşəbbüsü NATO üzvləri başa düşəcək. Onların daha məntiqli və realist olması vacibdir”.

Son xəbərlər

Orphus sistemi