Lavrov Ermənistanda keçirilmiş seçkiləri şərh edib

Lavrov Ermənistanda keçirilmiş seçkiləri şərh edib “Ermənistanda seçkilər yenicə başa çatıb. Bu seçkilərin yeni şəraitdə siyasi həyatın formalaşmasına necə təsir göstərəcəyi hələ bəlli deyil. Gəlin, orada yeni hökumət formalaşanadək gözləyək”.
Region
21 İyun , 2021 16:33
Lavrov Ermənistanda keçirilmiş seçkiləri şərh edib
Sergey Lavrov

“Ermənistanda seçkilər yenicə başa çatıb. Bu seçkilərin yeni şəraitdə siyasi həyatın formalaşmasına necə təsir göstərəcəyi hələ bəlli deyil. Gəlin, orada yeni hökumət formalaşanadək gözləyək”.

Report”un Rusiya bürosu xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Helqa Şmidlə baş tutmuş danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanda keçirilmiş parlament seçkilərini şərh edərkən bildirib.

Lavrov qeyd edib ki, Rusiya tərəfi müharibəyə son qoymuş üçtərəfli razılaşmaların işlək olmasından və bütün tərəflərin maraqlarına cavab verməsindən çıxış edir.

Son xəbərlər

Orphus sistemi