Lavrov: "Bu görüş Rusiyanın təklifinə cavab vermək üçün ABŞ-a yardım edə bilər"

Lavrov: "Bu görüş Rusiyanın təklifinə cavab vermək üçün ABŞ-a yardım edə bilər" "Dövlət katibi Entoni Blinkenlə görüş Rusiyanın təhlükəsizliklə bağlı təminatına cavab verməsi üçün ABŞ-a kömək edə bilər".
Region
21 Yanvar , 2022 14:36
Lavrov: Bu görüş Rusiyanın təklifinə cavab vermək üçün ABŞ-a yardım edə bilər
Sergey Lavrov

"Dövlət katibi Entoni Blinkenlə görüş Rusiyanın təhlükəsizliklə bağlı təminatına cavab verməsi üçün ABŞ-a kömək edə bilər".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdən əvvəl bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiya tərəfinin görüş təklifini faydalı saydıqlarını qəbul edib: “Ümid edirik ki, bu, bütün təkliflərimizə konkret cavablar hazırlamağa kömək edəcək. Əgər əks təklifləriniz varsa, onu da əlavə edə bilərsiniz".

Qeyd edək ki, Entoni Blinken S.Lavrovla görüşə yazılı cavab aparmadığını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi