“Rusiya danışıqlara hazırdır, amma Ukraynadakı hərbi əməliyyatı davam etdirmək niyyətindədir”.
“Repot”un Rusiya bürsou xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Hazırda hərbi əməliyyat aparılır. Əməliyyatın məqsədləri dəqiq müəyyən edilib. Bunlar Ukraynanın demilitarizasiyası, denasifikasiyası və Ukraynanın NATO-ya qoşulmayacağı ilə bağlı zəmanətin verilməsidir”, - Rusiya XİN başçısı bildirib.
“Biz danışıqlar aparmağa hazırıq. Ukraynalı həmkarlarımıza bizim mövqeyimiz bəllidir. Bizə söz veriblər ki, danışıqların növbəti mərhələsində öz mövqelərini təqdim edəcəklər. Biz danışmağa hazırıq, amma əməliyyatımızı davam etdirəcəyik, çünki Ukrayna ərazisində Rusiyanın təhlükəsizliyinə təhdid törədən infrastrukturun qalmasına imkan verə bilmərik”, - o vurğulayıb.