Sergey Lavrov Qərbi ittiham edib

Sergey Lavrov Qərbi ittiham edib “Ukraynada baş verənlər Qərbin siyasi kursunun kvint-essensiyasıdır”
Region
18 Mart , 2022 12:50
Sergey Lavrov Qərbi ittiham edib
Sergey Lavrov

“Ukraynada baş verənlər Qərbin siyasi kursunun kvint-essensiyasıdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT-yə müsahibəsində söyləyib.

“Bura Rusiyanın marginallaşdırılması, onun qarşısını almaq, inkişafını əngəlləmək, həmçinin Rusiyanın dünya siyasətində, iqtisadiyyatında, incəsənətində, idmanında, ticarətində, elmində rolunu sıfıra endirmək daxildir. Biz qərbli həmkarlarımızın atdığı presedenti olmayan addımları müşahidə edirik”, - o vurğulayıb.

S.Lavrov deyib ki, ABŞ-ın Cozef Bayden administrasiyasının rəhbərliyə başlayandan sonra dünyanı yenidən təkqütblü xarakterə çevirmək tendensiyası daha da güclənib.

Qeyd edək ki, RT (keçmiş “Russia Today”) Rusiya hökumətinin maliyyələşdirdiyi çoxdilli beynəlxalq informasiya telekanalları şəbəkəsidir. RT özünü Rusiyada və dünyada baş verənlərə alternativ baxış təqdim edən telekanal kimi təqdim edir. Bir sıra siyasətçilər, mütəxəssisləri RT-ni Rusiya rəhbərliyinin xarici siyasət xəttinə ciddi əməl edən təbliğat kanalı kimi xarakterizə edir; onu dezinformasiya yaymaqda, qərəzlilikdə ittiham edir. Bir sıra dövlətlərin daxili işlərinə qarışma ittihamları RT-nin və onun törəmə şirkətlərinin həmin ölkələrdə fəaliyyətinə əhəmiyyətli məhdudiyyətlərin qoyulması üçün əsas olub. 2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı ölkələrində RT-nin yayımı dayandırılıb.

Son xəbərlər

Orphus sistemi