Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib

Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin “Rusiyanı nüvə silahı ilə hədələməyə hazır olmalıyıq” ifadəsini fantaziya adlandırıb.
Region
26 Oktyabr , 2021 05:45
Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauerin “Rusiyanı nüvə silahı ilə hədələməyə hazır olmalıyıq” ifadəsini fantaziya adlandırıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Reallığa diqqət yetirmək lazımdır. Qoy onun (Almaniyanın müdafiə naziri - Red) xoşuna gəlsin, pərəstişkarlarını sevindirsin. Ancaq ümid edirəm və bilirəm ki, norveçlilər praqmatik insanlardır. NATO üzvü olarn Norveç öhdəlikləri ilə bağlı addımlarını əminəm ki, Rusiya ilə əlaqələrin əhəmiyyətini nəzərə alaraq atacaq”, - Lavrov norveçli həmkarı Anniken Hyuitfeld ilə danışıqlardan sonra bildirib.

Son xəbərlər

Orphus sistemi