Latviyanın Baş naziri Krişyanis Karinş istefa verib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun istefasının səbəbi hələ ki açıqlanmayıb.
Bildirilib ki, o, istefa ərizəsini avqustun 17-də ölkə prezidenti Edqars Rinkeviçsə təqdim edəcək.
Krisjanis Karins “X”dəki səhifəsində hakim koalisiyanın əsasını təşkil edən Yeni Birlik Partiyasına müraciət edərək Baş nazir postuna yeni namizəd irəli sürməyə çağırıb.
Qeyd edək ki, o, 2019-cu il yanvarın 23-dən bu postdadır.