Kvirikaşvili: "Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşı və investorlarından biridir"

Kvirikaşvili: "Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşı və investorlarından biridir" Tbilisi. 29 may. REPORT.AZ/ Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşı və investorlarından biridir və bu dinamika inkişaf edir.
Region
29 May , 2018 01:52
Kvirikaşvili: Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşı və investorlarından biridir

Tbilisi. 29 may. REPORT.AZ/ "Azərbaycan Gürcüstanın ən iri ticarət tərəfdaşı və investorlarından biridir və bu dinamika inkişaf edir".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley tədbirində deyib.

Baş nazir deyib ki, bu gün ölkələrimiz böyük, iddialı nəqliyyat və enerji layihələri üzərində işləyirlər. Bu layihələr regionun gələcəyini daha parlaq edəcək və beynəlxalq əhəmiyyətli olacaq: "Keçən ilin avqustunda Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Bu ilin iyununda isə TANAP-ın rəsmi açılışını planlaşdırırıq. Bu da Azərbaycan, Gürcüstan və Türkiyənin regional əməkdaşlığının daha bir nailiyyətidir".

Azərbaycanın gürcü xalqına yardımlarına toxunan hökumət başçısı deyib: "Bizim ölkələrimiz arasındakı dostluğun qiyməti yoxdur. Azərbaycan son 10 ildə enerji problemimizin həllində, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılmasında bizə çox böyük yardımlar edib, köməklik göstərib. Gürcü xalqı bunu heç zaman unutmayacaq".

Son xəbərlər

Orphus sistemi