Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli (Borçalı) bölgəsində təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 194-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, son 24 saat ərzində ölkədə qeydə alınan yeni yoluxma hallarının 10-u Bolnisi rayonunun payına düşüb.
Qubernator qeyd edib ki, Rustavi şəhəri, Marneuli və Tetritskaro rayonlarında hazırkı mərhələdə COVID-19-a yeni yoluxma faktı təsdiqlənməyib.