Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 128-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, bölgə üzrə xəstəlikdən bu günədək 18 nəfər sağalıb.
Qubernator həmçinin qeyd edib ki, Kvemo Kartlinin Tetritskaro bələdiyyəsində COVID-19 infeksiyasına 19 yoluxma halı təsdiqlənib: “Halların 12-si Tetritskaro qəsəbəsində qeydə alınıb. Bu səbəbdən ötən gündən qəsəbəyə giriş-çıxış bağlanılıb”.