Kvemo Kartli Gürcüstanda koronavirusla bağlı “qaynar nöqtə” olaraq qalır

Kvemo Kartli Gürcüstanda koronavirusla bağlı “qaynar nöqtə” olaraq qalır Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsi koronavirusun yayılması baxımından “qaynar nöqtə” olaraq qalır.
Region
5 İyun , 2020 23:29
Kvemo Kartli Gürcüstanda koronavirusla bağlı “qaynar nöqtə” olaraq qalır

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsi koronavirusun yayılması baxımından “qaynar nöqtə” olaraq qalır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

O deyib ki, bölgəyə daxil olan Marneuli, Bolnisi və Tetritskaro bələdiyyələrində COVID-19 geniş yayılıb: “Ölkə üzrə yoluxma hallarının 36%-i bu üç rayonun payına düşür. Bolnisidə 185, Marneulidə 43, Tetritskaroda isə 59 yoluxma faktı qeydə alınıb. Tetritskaro rayonunda son yoluxma halından iki həftəlik inkubasiya dövrü keçib. Buna görə də bələdiyyədə məhdudiyyətlər götürülüb”.

Baş epidemioloqun sözlərinə görə, Gürcüstanda virusun ən çox yayıldığı kənd 75 yoluxma halının təsdiqləndiyi Bolnisinin Muşevani (Dəllər) kəndidir.

A.Qamkrelidze qeyd edib ki, ölkə üzrə ikinci “qaynar nöqtə” Tbilisinin Saburtalo rayonudur.

Son xəbərlər

Orphus sistemi