Kütləvi raket hücumu nəticəsində Odessada 3 nəfər ölüb, 15 nəfər yaralanıb

Kütləvi raket hücumu nəticəsində Odessada 3 nəfər ölüb, 15 nəfər yaralanıb Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Odessa vilayətində 3 nəfər ölüb, 15 adam yaralanıb.
Region
29 dekabr 2023 10:18
Kütləvi raket hücumu nəticəsində Odessada 3 nəfər ölüb, 15 nəfər yaralanıb

Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Odessa vilayətində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Qeyd olunub ki, həlak olanlar arasında uşaqlar da var. Hücum nəticəsində təhsil müəssisələrinə ziyan dəyib.

Xatırladaq ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Rəsmi Kiyevin məlumatına görə, Ukraynaya ümumilikdə 158 hava zərbəsi endirilib.

Son xəbərlər

Orphus sistemi