Kür çayı buz bağladı

Kür çayı buz bağladı Gürcüstanda son günlər davam edən güclü şaxta Kür çayının (gürcücə Mtkvari) donmasına səbəb olub.
Region
11 Fevral , 2020 19:01
Kür çayı buz bağladı

Gürcüstanda son günlər davam edən güclü şaxta Kür çayının (gürcücə Mtkvari) donmasına səbəb olub.

“Report”un yerli bürosu xəbər verir ki, çayın Mtsxeta şəhəri yaxınlığından keçən müəyyən hissələri buz bağlayıb.

Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti ölkə ərazisindəki göl və su anbarlarının buzla örtüləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Gürcüstanda şaxtalı hava şəraitinin hələ bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi