Kuleba Türkiyənin Ukraynaya cəbhədə mühüm köməyini vurğulayıb

Kuleba Türkiyənin Ukraynaya cəbhədə mühüm köməyini vurğulayıb "Əgər Türkiyə, onun xarici siyasəti haqqında qısaca danışsaq, bu, Ukrayna ilə hərbi-texniki sahədə, Rusiya ilə isə ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Yəni bizə cəbhədə Rusiyaya müqavimət göstərməyə kömək etməklə - obyektiv olaraq Türkiyə bunu edir, Ru
Region
16 Avqust , 2022 03:11
Kuleba Türkiyənin Ukraynaya cəbhədə mühüm köməyini vurğulayıb
Dmitro Kuleba

"Əgər Türkiyə, onun xarici siyasəti haqqında qısaca danışsaq, bu, Ukrayna ilə hərbi-texniki sahədə, Rusiya ilə isə ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Yəni bizə cəbhədə Rusiyaya müqavimət göstərməyə kömək etməklə - obyektiv olaraq Türkiyə bunu edir, Rusiyadan isə pul qazanırlar”.

“Report” xəbər verir ki, bunları Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Qordon” nəşrinə müsahibəsində deyib.

O, qeyd edib ki, Türkiyə Ukrayna ilə hərbi-texniki, Rusiya ilə isə ticarət-iqtisadi sahədə əməkdaşlıq edir.

Nazir Türkiyənin müasir siyasətini Osmanlı diplomatiyasının qədim ənənələri ilə əlaqələndirib.

Son xəbərlər

Orphus sistemi