Kuleba G7 ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edəcək

Kuleba G7 ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edəcək Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu gün G7 ölkələrinin və bu koalisiyaya daxil olan digər dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Region
24 Yanvar , 2023 15:21
Kuleba G7 ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edəcək

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu gün G7 ölkələrinin və bu koalisiyaya daxil olan digər dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə "RBC-Ukraina" məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, nazirlərin görüşündə xüsusilə Ukraynanın enerji sisteminin bərpasına konkret praktiki töhfələr diqqət mərkəzində olacaq.

D.Kulebanın ABŞ dövlət katibi Entoni Blinken və Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşinin dəvəti ilə iclasda iştirak edəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi