Kseniya Sobçak ona edilən hücumdan sonra teledebatlardan imtina etməyəcəyini bildirib

Kseniya Sobçak ona edilən hücumdan sonra teledebatlardan imtina etməyəcəyini bildirib Bakı. 5 mart. REPORT.AZ/ Vətəndaş təşəbbüsü Partiyasından Rusiya prezidentliyinə namizəd olan Kseniya Sobçak Birinci kanalda keçirilən teledebatlar zamanı ona edilən hücumun onu qorxutmaq və teledebatlarda iştirak etməkdən çəkinditmək cəhdi olduğunu bildirib.
Region
5 Mart , 2018 10:20
Kseniya Sobçak ona edilən hücumdan sonra teledebatlardan imtina etməyəcəyini bildirib

Bakı. 5 mart. REPORT.AZ/ "Vətəndaş təşəbbüsü" Partiyasından Rusiya prezidentliyinə namizəd olan Kseniya Sobçak Birinci kanalda keçirilən teledebatlar zamanı ona edilən hücumun onu qorxutmaq və teledebatlarda iştirak etməkdən çəkinditmək cəhdi olduğunu bildirib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Bir neçə saat əvvəl mənə hücum edilib... Yəqin ki, ümumiyyətlə, teledebatlara gəlməməyimi istəyirdilər. Amma çox gözləyərlər. Müzakirələrdə iştiraka davam edəcəyəm", - K.Sobçak deyib.

Xatırladaq ki, dünən namizədin qərargahı binasının divarlarına bir gəncin su ilə "Bu, Jirinovskiyə görədir" yazdığı məlumat verilib. Qərargahdan bildirilib ki, hücum edən şəxs Alan Dzutsev adlı kişi olub, o, Moskva Şəhər Dumasının (MŞD) sədri Aleksey Şapoşnikovun köməkçisidir.

Hadisədən sonra A.Şapoşnikov MŞD-nin stajorunun bu addımına görə K.Sobçakdan üzr istəyib.

Son xəbərlər

Orphus sistemi