Krımda iki partlayış olub, Rusiya Müdafiə Nazirliyi açıqlama verib - YENİLƏNİB-3

Krımda iki partlayış olub, Rusiya Müdafiə Nazirliyi açıqlama verib - YENİLƏNİB-3 Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.
Region
16 Avqust , 2022 10:28
Krımda iki partlayış olub, Rusiya Müdafiə Nazirliyi açıqlama verib - YENİLƏNİB-3

Rusiya Müdafiə Nazirliyi Krımın Canköy rayonundakı hərbi hissədə baş vermiş partlayışı təsdiqləyib.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində ciddi itki olmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir:

“Hadisənin səbəbləri araşdırılır”.

10:08

Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Məlumata görə, onlar öz maşınları və ya qonşuları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər.

Qeyd edək ki, daha əvvəl Krımda iki böyük partlayışın baş verdiyinə dair məlumat yayılmışdı.

09:58

Bu gün Krımın Canköy rayonunda ikinci partlayış baş verib.

“Report” “RBK Ukraina”ya istinadən bildirir ki, ərazidəki transformator yarımstansiyasında da partlayış olub.

Xatırladaq ki, daha əvvəl Rusiyaya məxsus silah-sursat anbarında partlayış, ardınca yandığı barədə məlumat yayılmışdı.

09:28

Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Hazırda yanğın davam edir.

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.

Son xəbərlər

Orphus sistemi