Krımda hərbi aerodromda silsilə partlayışlar olub

Krımda hərbi aerodromda silsilə partlayışlar olub Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromda partlayış olub.
Region
9 Avqust , 2022 17:25
Krımda hərbi aerodromda silsilə partlayışlar olub

Rusiyanın ilhaq etdiyi Krımın Novofedorovka qəsəbəsində hərbi aerodromda 2 partlayış olub.

“Report” xəbər verir ki, məlumatı UNIAN yayıb.

Bildirilib ki, Rusiyanın döyüş təyyarələri oradakı aviabazadan Xerson, Nikolayev və Zaporojye vilayətlərini bombalayırlar.

Məlumata görə, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadası və sanitar aviasiya cəlb edilib.

Vurğulanıb ki, 30 dəqiqə ərzində Novofyodrovka üzərinə 15 uçuş olub. Onların çoxu hərbi hissəyə düşüb.

Son xəbərlər

Orphus sistemi