Kreml "Vaqner"in Baxmutdan çıxmasına dair qərarını şərh etməkdən imtina edib

Kreml "Vaqner"in Baxmutdan çıxmasına dair qərarını şərh etməkdən imtina edib Kremlin sözçüsü Dmitri Peskov “Vaqner” muzdlu hərbi təşkilatının mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxmasına dair qərarını şərh etməkdən imtina edib. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasın
Region
5 may 2023 08:58
Kreml Vaqnerin Baxmutdan çıxmasına dair qərarını şərh etməkdən imtina edib
Dmitri Peskov

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Vaqner” muzdlu hərbi təşkilatının mayın 10-da Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərindən çıxacağına dair qərarını şərh etməkdən imtina edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, bununla bağlı sualı cavabsız qoyub.

“Mən bunu şərh edə bilmərəm”, - D.Peskov söyləyib.

O, “Vaqner”in Baxmutdan çıxacağından xəbərdar olduğunu bildirib.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Xatırladaq ki, 7 aydan çoxdur ki, Baxmutda gərgin döyüşlər gedir.

Son xəbərlər

Orphus sistemi