Kreml: Rusiyada iyunun 12-də keçirilən aksiyada təxribat olub

Kreml: Rusiyada iyunun 12-də keçirilən aksiyada təxribat olub Dmitri Peskov: "Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunun tələblərinə uyğun hər şeyi ediblər"
Region
13 İyun , 2017 15:54
Kreml: Rusiyada iyunun 12-də keçirilən aksiyada təxribat olub

Bakı. 13 iyun. REPORT.AZ/ "Rusiya şəhərlərində iyunun 12-də baş tutan razılaşdırılmış aksiya və mitinqlər nizamlı, dinc şəkildə keçib, lakin təxribat halları da qeydə alınıb."

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiyanın bir çox şəhərlərində müxtəlif aksiyalar keçirilib. Əvvəlcədən razılaşdırılmış yerdə və zamanda baş tutan aksiyalar dinc şəkildə, problemsiz olub. Amma bəzi şəhərlərdə, o cümlədən, bildiyiniz kimi, Moskvada təəssüf ki, təxribatlar qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə qanunun tələblərinə uyğun hər şeyi ediblər", - D.Peskov vurğulayıb.

Qeyd edək ki, bazar ertəsi Moskvada akademik Saxarov prospektində razılaşdırılmış mitinq keçirilib. Təşkilatçıların 15 min nəfər üçün müraciət etməsinə baxmayaraq, mitinqdə 1800 nəfər iştirak edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada Tverskaya küçəsində razılaşdırılmamış küləvi aksiyada 4,5 min nəfər iştirak edib, 150 nəfər saxlanılıb.

Son xəbərlər

Orphus sistemi