Kreml: "Qərbin sanksiyaları Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etməyəcək"

Kreml: "Qərbin sanksiyaları Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etməyəcək" “Qərbin Rusiyaya qarşı mümkün sanksiyaları və ya reaksiyası Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planına təsir etməyəcək".
Region
27 Mart , 2023 17:29
Kreml: Qərbin sanksiyaları Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planına təsir etməyəcək

“Qərbin Rusiyaya qarşı mümkün sanksiyaları və ya reaksiyası Moskvanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planına təsir etməyəcək”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov martın 27-də jurnalistlərə açıqlamasında bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı izahat verdiyini vurğulayaraq deyib: “Əlavə etməyə heç nə yoxdur”.

Qeyd edək ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

NATO, ABŞ, Avropa İttifaqı, Çin və bir sıra dövlətlər Rusiyanın bu planına qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi