Kreml: "NATO Ukraynaya hərbçilərini yerləşdirsə, lazımi tədbirləri görəcəyik"

Kreml: "NATO Ukraynaya hərbçilərini yerləşdirsə, lazımi tədbirləri görəcəyik" Bu barədə Kremlin açıqlamasında qeyd olunub
Region
2 Aprel , 2021 16:07
Kreml: NATO Ukraynaya hərbçilərini yerləşdirsə, lazımi tədbirləri görəcəyik

Ukraynanın şərqindəki təmas xəttində iki tərəf arasında vəziyyət qorxuducudur.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Kremlin açıqlamasında qeyd olunub.

“NATO hərbçilərini Ukraynada yerləşdirərsə, lazımi tədbirləri görəcəyik. Kiyevin Ukraynaya NATO hərbçilərini yerləşdirməsinə dair açıqlaması qəbuledilməzdir”, - açıqlamada bildirilib.

Qeyd edək ki, NATO-ya üzv ölkələrin Ukraynadakı səfirləri aprelin 2-də Ukrayna-Rusiya sərhədindəki vəziyyətlə bağlı toplantı keçirib.

Son xəbərlər

Orphus sistemi