Kreml: "İjevskdəki məktəbə hücum terror aktıdır"

Kreml: "İjevskdəki məktəbə hücum terror aktıdır" Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov İjevskdəki məktəbdə baş verən hadisəyə münasibət bildirib.
Region
26 Sentyabr , 2022 14:28
Kreml: İjevskdəki məktəbə hücum terror aktıdır

Kreml İjevskdəki məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.

O, dövlət başçısı V.Putinin hadisədən kədərləndiyini söyləyib: “Baş verənlər qeyri-insani hadisə, terrordur”.

D.Peskov vurğulayıb ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarə İjevska göndərilib.

Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 7-si uşaq olmaqla 13 nəfər ölüb. Regionda matəm elan olunub.

Son xəbərlər

Orphus sistemi