Krasnoyarskda növbəti dəfə "qara səma" rejimi elan edilib

Krasnoyarskda növbəti dəfə "qara səma" rejimi elan edilib Rusiyanın Krasnoyarsk şəhəri ərazisində 2021-ci başlayandan üçüncü dəfə “qara səma” rejimi elan edilib.
Region
26 Yanvar , 2021 20:13
Krasnoyarskda növbəti dəfə qara səma rejimi elan edilib

Rusiyanın Krasnoyarsk şəhəri ərazisində cari ilin əvvəlindən üçüncü dəfə “qara səma” rejimi elan edilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstehlaka Nəzarət Regional Baş İdarəsindən bildirilib.

“Krasnoyarsk ərazisinin atmosferində əlverişsiz meteoroloji şərait olduğundan havada zəhərli tullantıların olacağı gözlənilir”, - məlumatda vurğulanıb.

Orqanizmə zəhərli kimyəvi maddələrin daxil olacağı barədə xəbərdarlıq edilib və bu səbəbdən sakinlərə açıq hava şəraitində daha az olmaq məsləhət görülür.

Son xəbərlər

Orphus sistemi