Korotçenko: “Xəzər regionu hazırkı şəraitdə mühüm əhəmiyyət qazanır”

Korotçenko: “Xəzər regionu hazırkı şəraitdə mühüm əhəmiyyət qazanır” “Xəzər regionu nəqliyyat logistikası, Rusiyadan ixrac və idxalın təmin edilməsi baxımından hazırkı şəraitdə həlledici əhəmiyyət qazanır”.
Region
30 May , 2023 14:23
Korotçenko: “Xəzər regionu hazırkı şəraitdə mühüm əhəmiyyət qazanır”

“Xəzər regionu nəqliyyat logistikası, Rusiyadan ixrac və idxalın təmin edilməsi baxımından hazırkı şəraitdə həlledici əhəmiyyət qazanır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumu çərçivəsində “Xəzər regionunun davamlı inkişafı üçün yeni imkanlar və prioritetlər” mövzusunda plenar iclasda deyib.

“Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiya iqtisadiyyatının davamlı inkişafının əsasını təşkil edir”, - o bildirib.

Tədbirin moderatoru Yevgeni Sjenov qeyd edib ki, Xəzər regionu siyasətin aktuallığı baxımından bu gün planetin mərkəzlərindən biridir. "Müzakirələrimizin aktuallaşmasına Rusiya Prezidentinin keçirdiyi böyük görüşlər mütəmadi olaraq təkan verir. Bu yaxınlarda Moskvada, ondan əvvəl isə Bişkekdə keçirilən forumda “Şimal-Cənub” nəqliyyat dəhlizinin aktuallığı və digər logistik məsələlərlə bağlı söhbət olub. Bütün bunlar, şübhəsiz ki, təkcə texnologiyalara, infrastruktura deyil, təbii ki, təhsilə, elm sahəsində əməkdaşlığın inkişafına da aiddir. Gənclər siyasəti sahəsində əməkdaşlığı ayrıca qeyd etmək istərdim”, - o nəzərə çatdırıb.

Yevgeni Sjenov bu yaxınlarda Rusiya-Azərbaycan forumunun keçirildiyini, Həştərxan Universitetinin isə Azərbaycanın ali məktəbləri ilə fəal əməkdaşlıq etdiyini əlavə edib.

"Biz sərhəd bölgəsində, bütün istiqamətlərin bir-biri ilə çox fəal qarşılıqlı əlaqədə olduğu regionda yerləşirik. Xəzər regionu bir neçə dost ölkə arasında əməkdaşlıq üçün haba çevrilib. Xəzər Forumunda müzakirə olunan məsələlərin sonradan federal və regional icra hakimiyyəti orqanlarının fəaliyyətində nəzərə alınmasından çox məmnun oluram”, - o əlavə edib.

“Rossotrudniçestvo”nun rəhbərinin müavini Pavel Şevtsov qeyd edib ki, Xəzər regionu təkcə beş ölkənin yerləşdiyi coğrafi ərazi deyil, region həm də Çin və Avropa ölkələri də daxil olmaqla bir çox dünya oyunçularını cəlb edir: "Humanitar əməkdaşlığı genişləndirmək üçün tərəfdaşlarımızla region ölkələrinin iqtisadiyyatlarının 5-10 il sonrakı prioritet məsələlərini işləyib hazırlamalıyıq. Biz Xəzər regionunun təhsil, iqtisadi inkişaf, ekoloji problemlər baxımından hansı istiqamətdə irəlilədiyini anladıqda təhsil və elm sahəsində konkret proqramlar təqdim edə biləcəyik".

V.N. Tatişev adına Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov “Xəzər 2023: Dayanıqlı inkişaf yolları” III Beynəlxalq Elmi Forumunda iştirakla bağlı gözləntilərini bölüşüb. O qeyd edib ki, insan resurslarının inkişafı, infrastruktur layihələri sayəsində texnologiyaların və müxtəlif yeni istiqamətlərin daha da inkişaf etməsinə təkan vermək olar. "Bu gün Xəzər regionu davamlı inkişafın müəyyən göstəricisidir", - o vurğulayıb.

Cənubi Federal Universitetinin prezidenti Marina Borovskaya öz növbəsində hazırda rəqəmsal iqtisadiyyat dövründə yaşadığımızı və bu nəhəng bilik toplusundan layihələri, prioritetləri, inkişafın qarşılıqlı təsirini necə formalaşdırmağa başladığımızı başa düşməli olduğumuzu bildirib. Onun fikrincə, bilik iqtisadiyyatına keçməklə tələbə icmasının düşüncə tərzini dəyişmək tələb olunur: "Bilik iqtisadiyyatı bizə biliyimizi özümüzdən uzaqlaşdırmağa yox, onu ötürməklə cəmiyyəti gücləndirməyə imkan verir və məhz bu mühüm prinsiplər dayanıqlı inkişaf məqsədlərini formalaşdırmalıdır. Yalnız bu halda özümüz üçün əsas götürdüyümüz 2030-cu il hədəfi bizə bu irəliləyiş hərəkatını dəstəkləməyimizə kömək edəcək”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi