İqor Korotçenko: "Lavrov rəsmi Tehranı sakitləşdirdi"

İqor Korotçenko: "Lavrov rəsmi Tehranı sakitləşdirdi" Rusiyanın XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlar zamanı rəsmi Tehranı başa saldı ki, rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır.
Region
7 Oktyabr , 2021 12:23
İqor Korotçenko: Lavrov rəsmi Tehranı sakitləşdirdi
İqor Korotçenko

"Rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko teleqram kanalındakı paylaşımda yazıb.

“Lavrov rəsmi Tehranı sakitləşdirdi. Rusiyanın XİN rəhbəri iranlı həmkarı ilə danışıqlar zamanı rəsmi Tehranı başa saldı ki, rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır və Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsinin ən vacib amili kimi nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılmasını görür”, - ekspert bildirib.

Son xəbərlər

Orphus sistemi