Koronavirusa yoluxmuş Gürcüstan vətəndaşının hazırkı vəziyyəti açıqlandı

Koronavirusa yoluxmuş Gürcüstan vətəndaşının hazırkı vəziyyəti açıqlandı “Gürcüstanda koronavirus diaqnozu qoyulan vətəndaşın sağlamlıq durumu qənaətbəxşdir”.
Region
28 Fevral , 2020 13:15
Koronavirusa yoluxmuş Gürcüstan vətəndaşının hazırkı vəziyyəti açıqlandı
google.az

“Gürcüstanda koronavirus diaqnozu qoyulan vətəndaşın sağlamlıq durumu qənaətbəxşdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxslə bağlı gündəlik olaraq laborator araşdırma aparılır və bu vaxta qədər heç bir ağırlaşma halı qeydə alınmayıb.

M.Ezuqbaya pasiyentin vəziyyətinin sabit olduğunu deyib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi