Virusa yoluxan Gürcüstanın baş infeksionistinin vəziyyəti ağırlaşıb

Virusa yoluxan Gürcüstanın baş infeksionistinin vəziyyəti ağırlaşıb Koronavirusa yoluxan Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sağlamlıq durumu ağırlaşıb.
Region
19 Noyabr , 2020 20:09
Virusa yoluxan Gürcüstanın baş infeksionistinin vəziyyəti ağırlaşıb
Tengiz Tsertsvadze

Koronavirusa yoluxan Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sağlamlıq durumu ağırlaşıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.

Yüksək temperaturu olan T.Tsertsvadzeyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

Qeyd edək ki, baş infeksionistdə COVID-19 noyabrın 17-də aşkarlanıb. O, bu günədək ev şəraitində müalicə olunurdu. T.Tsertsvadzenin həyat yoldaşı Ana Topuriya da xəstəliyə tutulub. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi